Ordubad idmançısı ikinci oldu

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda atletika üzrə ölkə yay çempionatı keçirilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda Bakı, Gəncə, Sumqayıt, Ordubad, Bərdə, Astara, İsmayıllı və Xızını təmsil edən 140-a yaxın idmançı iştirak edib.
Muxtar respublika atletlərindən Əmrah Nağıyev və Emin Abbasov 3000 metr məsafədə medallar uğrunda mübarizə aparıblar. Emin finişə beşinci sırada çatsa da, Əmrah mükafatçılar sırasına düşə bilib. Atlet məsafəni 9 dəqiqə 37.48 saniyə ərzində qət edərək gümüş medala sahib çıxıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti